Əgər bunu edirsinizsə, ölüm qapınızda dolaşır... –   15 əlamət

saytların hazırlanması

Evə çatdırılma

Əgər bunu edirsinizsə, ölüm qapınızda dolaşır... – 15 əlamət

Sağlamlıq

06 Avqust 2019 06:32 1699


Dünyanın məşhur tibb dərgisi olan və həkimlərin də güvəndiyi Lanset jurnalında ilin ən səs-küylü və qalmaqallı, birmənalı qarşılanmayan məqaləsində Yer üzündə insanların erkən ölümünə, ürək çatışmazlığına və xərçəngə tutulmasına səbəb olan 15 zərərli qida vərdişi sadalanıb.

Siyahıda ən təhlükəli faktorlardan daha az öldürücü təsir maliklərə doğru çatışmazlıqlar sıralanır.

“Yeni Sabah” medicina.az-a istinadən bildirir ki, əgər sizdə də bu siyahıdakı ilk 5 zərərli vərdiş və çatışmazlıq varsa ən pis sonluğa hazır olun.  pizza hut

1. Qidada duzun çoxluğu, xörək duzundan ifrat istifadə

2. Tam taxıldan qidaların olmaması

3. Meyvə  azlığı

4. Qoz, çərəz, tumların yeyilməməsi

5. Tərəvəzli qidaların azlığı

6. Omeqa 3 tərkibli balıq və dəniz məhsulları çatışmazlığı

7. Sellüloza azlığı

8. Doymamış yağ turşularının azlığı

9. Paxlalıların az istifadəsi - lobya, mərci, noxud

10. Transyağların dəhşət çoxluğu

11. Kalsium və D vitamini çatışmazlığı

12. Şirin,qazlı içkilərin qəbulu

13. Termiki işlənmiş ət və ət məhsulu - kolbasa, sosis və s

14. Süd məhsulu çatışmazlığı

15. Qırmızı ətin çox yeyilməsi

Əgər sizin qidalanmanızda bu ifratlıqlar və çatışmazlıqlar varsa, təcili rasionunuzu dəyişməlisiz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!