“Əgər bunu eləməsələr, gözsüz qalacaqlar“   - Baş redaktor

saytların hazırlanması

Evə çatdırılma

“Əgər bunu eləməsələr, gözsüz qalacaqlar“ - Baş redaktor

Siyasət

16 Oktyabr 2021 10:40 1205


"Cəbrayıl və Hadrutun işğaldan azad edilməsi müharibədə dönüş nöqtəsi oldu. Hadrutda Azərbaycan bayrağının dalğalanması düşmənin belini qırdı. Ermənistan hakimiyyəti bu faktı danmağa çalışsa da, öz xalqını uzun müddət aldada bilmədi. Ermənilər başa düşdülər ki, Azərbaycan əsgərinin güclü, əli onların boğazındadır. Xilas yolu yoxdur”. 

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Hadrut səfərində verdiyi mesajlardan sonra ermənilər papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşməlidirlər: “Dövlət başçısının da qeyd etdiyi kimi, ermənilər Hadruta XIX əsrdə köçürülüblər. Bu torpaqlarda qonaq olduqlarını anlamalıydılar. Ev sahibinin üzünə ağ olan qonağın qulağından tutub çölə atırlar. 44 günlük müharibə dövründə biz də məhz bunu etdik, ermənilərə layiq olduqları münasibəti göstərdik”. Dördpendirli pizza

Seymur Verdizadə bildirib ki, Hadrutun yeni Baş Planının hazırlanması, Prezident İlham Əliyevin verdiyi mesajlar soydaşlarımızın bu qədim Azərbaycan torpağına ömürlük köçəcəklərinə şübhə yeri qoymur: “Ermənilərin ayağının dəydiyi yerlər xarabalığa çevrilir. Hazırda Azərbaycan müharibənin yaralarını sarımaqla məşğuldur. Əminəm ki, biz tezliklə ermənilərin Hadrut adlandırdıqları qədim torpaqlarımıza köçəcəyik. Ermənilər Hadrutdan, bütövlükdə Qarabağdan birdəfəlik gözlərini çəkməlidirlər. Əgər bunu eləməsələr, gözsüz qalacaqlar. Özgəsinin torpağına dikilmiş gözlər oyulub tökülməyə layiqdir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!