Roma Papası Fransisk Cənubi Sudan rəhbərlərini sülhü qorumağa, vətəndaş müharibəsinə yol verməməyə çağıraraq qarşılarında diz çöküb, hətta çəkmələrini belə öpüb. Görüş zamanı katolik kilsənin ruhani başçısı Prezident Salva Kiir Mayarditin və müxalifət lideri Riek Maçarın əllərindən tutub sinəsində birləşdirərək “Sizdən qardaşlarım kimi xahiş edirəm. Sizdən bütün qəlbimlə xahiş edirəm, sülhdə qalın” deyə onlara müraciət edib.
Bu hadisə qonşu Sudanı 30 il avtoritar üsulla idarə etmiş Prezident Ömər əl-Bəşirin hakimiyyətdən getməsindən saatlar sonra baş verib.
İlahiyyatçı Elşad Miri “Yeni Sabah”a din xadiminin bu addımından danışarkən qeyd edib ki, məsələyə iki rakursdan baxmaq lazımdır: Pepperoni pizza
“Vatikan faktiki olaraq bir dövlətdir. Və başçısının din xadimi olub olmasından asılı olmayaraq, bir rəhbərin digər dövlət rəhbərinin ayağına düşməsi siyasi məsələdir. Dini məsələ deyil. Amma din xadimi olaraq belə bir addım atması təqdirəlayiq haldır. Bu günlərdə Vatikanda baş verən təcavüz hadisələrindən diqqətin yayındırılması məsələsi olmasa, təbii ki, alqışlanası addımdır”.
Bəzi xarici KİV-də insanların dini dəyərlərinin ayaqlar altına atılması kimi qələmə verdikləri bu olaya ilahiyyatçı belə münasibət bildirib:
“Bunu sadəcə qeyri-katoliklər edərlər. Çünki protestanlar da, katoliklər də öz məzhəblərini məzhəb kimi deyil, ayrıca din kimi qəbul edirlər. Protestantların da bu hadisələrin belə qələmə verməsi normal haldır”.
E.Miri İslam tarixində belə bir hadisənin baş verib verməməsindən də söz açıb. O bildirib ki, İslamda din və dövlət anlayışı Vatikandakı kimi olmayıb: “Peyğəmbərin vaxtında o, digər dövlət başçılarına məktublar göndərib, onları əməkdaşlığa dəvət edib. İkinci xəlifə Ömərin vaxtında isə elə böyük imperiya qurulub ki, hansısa dövlətə xahiş yox, hökm ediblər. Yoxsa, gedim ayaq öpüm – heç vaxt İslam tarixində belə şey olmayıb”.
Əcəmi Əsədulla
Telegram kanalımız