Əgər dustaqların yeməyi bu qədər dadlıdırsa...

saytların hazırlanması

Evə çatdırılma

Əgər dustaqların yeməyi bu qədər dadlıdırsa...

Kriminal

19 Mart 2019 16:48 1022


Millət vəkili Aydın Mirzəzadənin həbsxanada dustaqlaar üçün bişirilən yeməkdən yeməsi, onun çox dadlı olduğunu deməsi, hətta yeməkdən ət tapması ilə bağlı video sosial şəbəkələrdə müzakirə olunan görüntülərdən biridir. Videonu izləyən şəxslər haqlı olaraq belə sual ünvanlayırlar: “Əgər həqiqətən də, o yeməklər deyildiyi kimi keyfiyyətlidirsə, o zaman cəzaçəkmə müssisələrinə ailələrdən daşınan ərzaqlara nə ehtiyac var?” 

Bəzi keçmiş məhkumlar isə onlara ümumiyyətlə ət verilmədiyini iddia edir. Digərləri isə bayramdan bayarama toyuq əti verildiyini bildirir. Hər gün yaxınlarının cəzaçəkmə müəssisələrinə müxtəlif qidalardan hazırlanmış bağlamalar gətirmək məcburiyyətini isə məhkumların qida rasionunun zəif olması ilə əlaqələndirirlər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov  bildirib ki, dustaqlara verilən qidaların siyahısı normativə uyğun hazırlanır: “Məhkumların qidalanması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar əsasında həyata keçirilir. Məhkumların qida rasionunda ət, toyuq, balıq, müxtəlif çeşidli tərəvəzlər var. Eyni zamanda, azyaşlı məhkumlar, hamilə qadınlar, diabet xəstələri üçün ayrıca yeməklər hazırlanır. Müalicə müəssisəsində saxlanılan, vərəmli, infeksiyalı və digər profilli xəstələr üçün tamam başqa menyuda xörəklər hazırlanır. Onlar gücləndirilmiş dietadan istifadə edirlər. Onların səhhətinin, fiziki durumunun normal saxlanılması üçün çox yaxşı qida lazımdır. Bildiyiniz kimi, vərəmli məhkumlar çox sayda dərman pereparatları qəbul edirlər. Bu cür xəstələrə şokoladdan tutmuş süd məhsullarına qədər hər şey verilir”. Sezar pizza

M.Sadıqov qeyd edib ki, “məhkumlara ət verilmir!” iddiasında olanlar həqiqətə uyğun olmayan məlumatlar yayır:

“Məhkumun həftələrlə ət yeməməsi kimi bir hal qətiyyən ola bilməz. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında bişirilmiş qidalar orada saxlanan məhkumların tam fiziki durumda olmasına kifayət edir”.

Şöbə rəisi “bayram günlərində məhkumların qida rasionu hansı şəkildə təşkil edilir” sualını belə cavablandırıb: “Milli bayram günlərində hər bir müəssisədə müdiriyyətin təşəbbüsü ilə bayram süfrələri açılır. Menyuda aş-qara, müxtəlif növ şirniyyatlar və s. olur. Nəinki məhkumlar üçün, hətta mühafizə alayının və konvoy taborunun əməkdaşları üçün də bayram süfrələri təşkil olunur”.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!