Əgər Ərdoğan məğlub olsa... - 7 dramatik ehtimal

saytların hazırlanması

Evə çatdırılma

Əgər Ərdoğan məğlub olsa... - 7 dramatik ehtimal

Siyasət

09 May 2023 11:58 7688


Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi tarixi hadisə olacaq.

Bu, seçkinin nəticəsi təkcə Türkiyəni deyil, dünya siyasətini də çox dəyişə bilər. Niyə dəyişiklik dramatik ola bilər?

Rusiyalı politoloq Sergey Markov Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı 7 mümkün ehtimalı irəli sürüb.  pizza hut

1. 20 ildə ilk dəfə Ərdoğan məğlub ola bilər.

2. Ərdoğanla müxalifətin siyasi mövqeyində fərq çox böyükdür. Ona görə də Türkiyə siyasətində dəyişikliklər də çox böyük ola bilər.

"3. Ərdoğan hakimiyyəti itirərsə, o zaman ona, ailəsinə və komandasına qarşı böyük siyasi repressiya ola bilər. Çoxları həm azadlığı, həm kapitalı, həm də həyatını itirə bilər.

4. Böhran nəticəsində zorakılığın səviyyəsi çox yüksək ola bilər.

5. Rusiya Ərdoğandan yanadır. Qərb isə Ərdoğana qarşı, Türkiyə müxalifətinin yanındadır.

6. Türkiyə 30 ildə iqtisadi və siyasi baxımdan çox böyüdü. Ona görə də Türkiyə böhranı dünya siyasətinə güclü təsir göstərəcək.

7. Artıq Ukrayna böhranı gedir, İran və Çin isə böhran astanasındadır. Türkiyə böhranı qlobal “siyasi tornado”nun bir hissəsinə çevrilə bilər", - deyə o bildirib.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!