“Əgər eşitsəniz ki, Qızıl Meydanda...” – İran nəşri Putinə ağıl verdi

saytların hazırlanması

Evə çatdırılma

“Əgər eşitsəniz ki, Qızıl Meydanda...” – İran nəşri Putinə ağıl verdi

Dünya

14 Dekabr 2023 13:05 820


"Əgər Putinin NATO üzərində qələbə paradını keçirdiyini eşidəndə təəccüblənməyin"

Yenisabah.az xəbər verir ki, bu barədə İranın dövlətə bağlı "Keyhan" qəzeti yazıb.

Nəşrin məqaləsində Rusiyadan İsrailin Qəzzada törətdiyi cinayətləri qınamaqda “bir az daha fəal” olmasını istənilib: Toyuqlu pizza

"Fələstin gəncləri və ümumən "Müqavimət Cəbhəsi" "Əl-Əqsa tufanı" əməliyyatı ilə Rusiyaya böyük bir xeyir verdi - bilərəkdən və ya bilməyərəkdən. Əgər yaxın həftələrdə eşitsəniz ki, Zelenski danışıqları bərpa etməyə hazırdır, Krım yarımadasından tamamilə əl çəkir və digər itirilmiş torpaqlarda referendum keçirməyə hazırdır, bir sözlə, Putin Qırmızı Meydanda NATO üzərində qələbə paradını keçirir, təəccüblənməyin.

Müttəfiqdən ən az gözlənilən şey isə sionist rejimin Qəzza zolağındakı dəhşətli cinayətlərini pisləmək və bu mövzuda daha fəal olmaqdır. Rusiya üçün bu gün Fələstinin və məzlum Fələstin xalqının davasını dəstəkləmək prioritet məsələ olmalıdır!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!