“Əgər məhkəmələr günahsız insanları məhkum etməsə...”

saytların hazırlanması

Evə çatdırılma

“Əgər məhkəmələr günahsız insanları məhkum etməsə...”

Rəqəmsal

17 Mart 2019 18:31 1258


“Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi və ya vicdan məhbusu kimi tanıdığı xeyli sayda məhkum əfv olunaraq azadlığa buraxılıb. Bu, çox yaxşı xəbərdir. Ən çox da Gözəl Bayramlının, Elnur Seyidovun azadlığa buraxılmasına çox sevindim. Çünki biri xanım siyasətçidir. O biri isə çox ağır xəstəliklərdən əziyyət çəkir. Eləcə də, gənc fəalların azad olunması çox xoş xəbər oldu”

“Yeni Sabah” xəbər verir ki, bunu bizimyol.info saytının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bahəddin Həziyev deyib. O, hakimiyyətə qarşı müxalif mövqedə olan şəxslərin, o cümlədən Əli İnsanovun, Fuad Qəhrəmanlının və başqa bu kimi məhkumların əfvini yüksək qiymətləndirib: “Düşünürəm ki, tək sosial sahədə deyil, cəmiyyət həyatının müxtəlif sferalarında açılımlara ehtiyac var. O cümlədən, bu addım ölkənin siyasi həyatında yeni yanaşmanın başlanğıcı olsa, siyasi və idadə azadlıqları təmin edilsə, dövlətimiz bundan yanlız qazana bilər. Əvf və amnistiya kimi addımlar humanist addımlardır. Ancaq məhkəmələr siyasi, ictimai və ya media fəaliyyətlərinə görə günahsız insanları məhkum etməsə, bu, daha böyük humanistlik olar. Güman edirəm, anons edilən məhkəmə-hüquq islahatları bu günahsız insanların şərlənməsi kimi dövlətimizə və millətin adına yaraşmayan hallara son verə bilər”.

Prezident İlham Əliyevin bu əfv sərəncamını ümumilikdə müsbət qarşıladığını bildirən baş redaktor bəzi gözləntilərinin hələ ki doğrulmadığını da deyib: “Jurnalistlər Seymur Həzinin, Əfqan Muxtarlının adlarına siyahıda rast gəlmədim və buna üzüldüm. Ölkə Prezidentindən xahiş edirəm ki, onların da azadlığa buraxılmasına dəstək versin. Ümid edirəm, onlar da tezliklə azadlığa qovuşar”. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!