“Əgər qohumlarımdan kimsə...“ - Eks-prezident sükutu pozdu

saytların hazırlanması

Evə çatdırılma

“Əgər qohumlarımdan kimsə...“ - Eks-prezident sükutu pozdu

Dünya

30 May 2022 09:09 2189


"Əgər qohumlardan biri qanunu pozmaq üçün onun adından istifadə edibsə, o zaman məsuliyyətə cəlb olunmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib.

"Uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururuq. Onun fundamental prinsipi qanunun hamı üçün eyni olmasıdır. Əgər mənim arxamda qohumlarımdan biri qanunu pozmaq üçün adımdan sui-istifadə edibsə, deməli, məsuliyyətə olunmalıdır”, – deyə Nazarbayev tanınmış qazax politoloqu Daniyar Aşımbayevə müsahibəsində deyib. Dominos pizza

Müsahibənin mətni Aşımbayevin "Telegram" kanalında dərc edilib.

N. Nazarbayevin sözlərinə görə, təqsir məhkəmədə sübuta yetirilməlidir:

“Unutmamalıyıq ki, hər bir vətəndaşın hüquqi müdafiə hüququ var".

Qazaxıstanın birinci prezidenti iyunun 5-də keçiriləcək referendumda ölkə konstitusiyasına dəyişiklikləri dəstəkləyəcəyini də vurğulayıb. Bu dəyişikliklərin bəziləri onun xüsusi statusuna aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!