“Əgər qonşuluq ağrını paylaşmırsa, o sadəcə divardır – birləşdirən deyil, ayırandır”

saytların hazırlanması

Evə çatdırılma

“Əgər qonşuluq ağrını paylaşmırsa, o sadəcə divardır – birləşdirən deyil, ayırandır”

Siyasət

01 İyul 2025 22:24 2649


Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumu pisləyib.

Yenisabah.az xəbər verir ki, David Seliverstov bu hadisələrin təkcə bir ailənin deyil bütün bir xalqın vicdanına toxunduğunu qeyd edib. 

"Bu, təkcə insani və hüquqi qaydaların pozulması deyil, bu, bir millətin qüruruna yönəlmiş sarsıdıcı zərbədir. Azərbaycanlı olmaq harada yaşamasından aslı olmayaraq bir kimlik, bir dəyər, bir ləyaqətdir. Biz illərdir eşidirik: yaxın qonşu uzaq qohumdan əzizdir. Lakin bu hadisə göstərdi ki, bəzi sistemlərdə qonşuluq anlayışı sadəcə coğrafi anlayışdır" - sədr sözlərinə əlavə edib. pizza

Daha ətraflı videoda: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!