“Donuz qripindən xüsusi qorunma yolları yoxdur. Virus aşkar olunubsa, əhalidə xof yaratmaq da mənasızdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, panikaya düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər:
“Nəticədə hamı bir-birini yoluxduracaq. Lakin müəyyən maddələrə əməl etmək yaxşıdır: pizza mizza
-insanların sıx olduğu məkanlara getməmək məsləhətdir.
-qoruyucu maskalardan istifadə olunmalıdır.
-əllər tez-tez yuyulmalıdır.
-yüksək qızdırma zamanı qızdırmasalıcılardan (antibiotiklərdən yox!!!) istifadə etmək olar.
-çoxlu maye(su,çay,şirələr, kompotlar) qəbul etmək
-meyvə-tərəvəzdən bol-bol istifadə etmək
-davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir...Həkimə müraciət etmək lazımdır.
-bağça və məktəblərdə nəzarət gücləndirilməlidir.
-xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir.
-yaşlı insanlar və hamilələr daha diqqətli olmalıdır. Vaxtında həkimə müraciət etməlidirlər.
Telegram kanalımız