Əhaliyə RƏSMİ xəbərdarlıq:   Oğrular bu cür  evinizi boşalda bilər - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə RƏSMİ xəbərdarlıq: Oğrular bu cür evinizi boşalda bilər - VİDEO

Kriminal

29 Yanvar 2026 12:03 539


Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq açıq olan evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. pizza

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Nazirlik vətəndaşlara tövsiyə edir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!