Əhaliyə ŞAD XƏBƏR -   BU GÜN  giriş pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR - BU GÜN giriş pulsuz olacaq

Sosial

18 Aprel 2026 08:39 614


Bu gün - 18 Aprel  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında “açıq qapı” günü keçiriləcək.  Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, aksiya Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeyləri əhatə edəcək. Bildirilib ki, aprelin 18-də qeyd olunan məkanlara giriş pulsuz olacaq. Pepperoni pizza

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünyada tarixi irsin qorunmasına diqqət çəkmək məqsədi ilə qeyd olunur. Bu gün münasibətilə müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəni irs nümunələrinin daha yaxından tanıdılması üçün xüsusi tədbirlər həyata keçirilir.

“Açıq qapı” günü çərçivəsində vətəndaşlar və şəhər qonaqları tarixi abidələr, muzey eksponatları və mədəni irs nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu təşəbbüs həm tarixi məkanlara marağın artırılması, həm də cəmiyyətin mədəni irsin qorunması ilə bağlı məlumatlılığının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!