Uşaqlara, azyaşlılara dərman qəbulunu dayandırmaq lazımdır.
Yenisabah.az xəbər verir ki, bu barədə pediatr Kənan Qarayev ATV-də yayımlanan “Sağlam Gün Ay” çıxış edib.
Həkim fikirlərini belə əsaslandırıb: pizza
“Dərman qəbulunu azaltmaq bizim əsas borcumuzdur. Yeni doğulan, yaxud müxtəlif yaş qrupunda olan uşaqlara qurd müalicəsi, soyuqdəymə, yaxud digər xəstəliklər üçün çox adda dərman yazırlar. Biz bunu azaltmaq, antibiotikə yox demək istəyirik. Öncə uşağı sağlam şəkildə sağaltmaq lazımdır. Araşdırmacı həkimlərə müraciət etmək, problemi araşdırıb düzgün diaqnoz qoymaq bizim üçün çox vacibdir. Bəzən dərman yazmayanda valideyn təəccüblənir ki, bəs dərmansız necə olacaq? Deyirəm ki, narahat olmayın, yaxşı olacaq”.
Aytac Əliyeva
Telegram kanalımız