Əhəd Abıyev FHN haqda onun adından yayılan fikirlərə etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Əhəd Abıyev FHN haqda onun adından yayılan fikirlərə etiraz etdi

Siyasət

20 Avqust 2022 08:48 13560


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev onun adından FHN-də baş vermiş hadisələrlə bağlı yayılmış açıqlamanı təkzib edib.

İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, “Made in Azerbaijan” Youtube kanalında, həmçinin kanalın Facebook sosial şəbəkəsində icra başçısı Əhəd Abıyevin guya Fövqəladə Hallar Nazirliyində son günlər baş vermiş hadisələrlə bağlı müsahibə verməsi və “MağaraMedia” Youtube kanalında yayımlanmış “Daşkəsənin icra başçısı Əhəd Abıyevin milyardlıq sərvəti - SİYAHILAR” başlıqlı veriliş həqiqətəuyğun deyil:

“Bildiririk ki, əvvəla Əhəd Abıyevin Fövqəladə Hallar Nazirliyi, o cümlədən heç bir əxlaq normasına sığmayan  “uzunqulaqla yayılmış video” barəsində ümumiyyətlə heç bir müsahibəsi olmamışıdır. Bu, yalandır və xaricdən ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparan bəzi üzdəniraq, falabaxan blogerlərin uydurmasıdır.  Marqarita pizza

Həmçinin “MağaraMedia” Youtube kanalında guya Əhəd Abıyevin milyardlıq mülklərinin olması barəsində həyasızcasına səsləndirilən fikirlər də tamamilə yalandır, əsassızdır, şərəfsizlikdir, 3 il bundan əvvəl əsassız və qərəzli formada yayımlanmış qarayaxma kampaniyasının tərkib hissəsidir. 

Belə ki, eyni həmin əsassız, uydurma, şər-böhtan xarakterli mülklər siyahı təsdiqini tapmadığı üçün elə o vaxt bir sıra saytlarda, habelə “Kanal13-də” və “Hürriyyət”də təkzib edilmişdir. Həmçinin Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, tam yalan məlumatlardan ibarət siyahı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və məhkəmənin hökm ilə həmin əsassız siyahını yayan cavabdeh şəxslərin barəsində məsuliyyətə cəlb olunmaqla hüquqi tədbirlər görülmüşdür.

Bu gün bilərəkdən məkrli niyyətlə hazırlanan, şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən bəzi üzdəniraq blogerlərin qərəzli çıxışları Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələmək məqsədi güdür. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdırmağa hesablanmış həmin əsassız, yalan məlumatların heç bir əsası yoxdur, bu, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ELƏ bir İCRA başçısı varmı ki vilyam KİMİ əməllər etməsin?
    4 years ago