“Əhməd ailədən ayrı yaşayırdı, psixoloji problemləri olub” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Əhməd ailədən ayrı yaşayırdı, psixoloji problemləri olub” - Video

Kriminal

13 Fevral 2024 19:32 1217


Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ailənin yaxınları jurnalistlərə açıqlamasında bildirib.

“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” - ailə yaxınları deyib. pizza

Məlumata görə, Əhməd ailədən ayrı yaşayıb, subay olub:

“Amma ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!