Əhməd Əhmədovun həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Əhməd Əhmədovun həbs müddəti uzadıldı

Kriminal

10 İyun 2024 13:36 462


Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, onun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Xətai Rayon Məhkəməsində verilib.

Qərarla bu müddət 20 gün uzadılıb. Pepperoni pizza

Bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4-aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!