Əhməd İsmayılov “Əl Cəzirə” rəsmisi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əhməd İsmayılov “Əl Cəzirə” rəsmisi ilə görüşdü

Maraqlı

03 Avqust 2021 16:24 883


Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan "Əl-Cəzirə" Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl–Hacc ilə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib. Dördpendirli pizza

"Əl-Cəzirə" Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!