Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

saytların hazırlanması

Evə çatdırılma

Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

İqtisadiyyat

25 Aprel 2019 03:08 1563


Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə xaricdə yeni şirkət təsis edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O, bildirib ki, C.Əhmədzadə Türkiyədə HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb.

Nizamnaməsinə görə şirkət topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzərindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq və daşınmaz əmlaklar əldə edəcək.  Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!