Ehsan dedikdə aş, halva, yemək yada düşür...

saytların hazırlanması

Evə çatdırılma

Ehsan dedikdə aş, halva, yemək yada düşür...

Din

06 Sentyabr 2025 11:43 3859


Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.

"Report" xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir.  pizza mizza

"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.

İlahiyyatçının sözlərinə görə, bu mənada, cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir. 

"Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edir ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər, az qala, eynidir. Belə şey olmazı axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!