Ehtiyatda olan mayor 300 minlik dələduzluqda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Ehtiyatda olan mayor 300 minlik dələduzluqda ittiham olunur

Kriminal

23 Dekabr 2025 13:47 433


Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə başlayır.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə təqdim olunub.

İş icraata verilib və hazırlıq iclası təyin edilib. Dördpendirli pizza

İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.

Qeyd edək ki, Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyada buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!