Əkbər Qoşalının “Ürək daşı”

Əkbər Qoşalının “Ürək daşı”

Yazar Veb saytların hazırlanması

05 Fevral 2019 12:24 1206


Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı çap olunub.

“Yeni Sabah” xəbər verir ki, “Ürək daşı” adlanan kitabın redaktoru, filologiya elmləri doktoru Almaz Ülvi, “Ön söz”ün müəllifi, şair İbrahim İlyaslı, rəssamı isə Atabəy Tikantəpəlidir.

Şeirlər toplusu “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı altı bölmədən ibarətdir.

Qeyd edək ki, kitabın fevralın 9-da Gəncliyə Yardım Fondunda “İmza günü” keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!