Əkrəm Əylisli: “Arzum nədir? Kitablarım çap olunsun”

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm Əylisli: “Arzum nədir? Kitablarım çap olunsun”

Yazar

06 Dekabr 2024 14:09 9763


“87 yaşım olur, amma heç özüm də inana bilmirəm ki, insan 87 il yaşaya bilərmiş”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki,  bunu dekabrın 6-da 87 yaşını qeyd edən yazıçı Əkrəm Əylisli deyib. 

O bildirib: “Məni yadından çıxarmayan dostlarım çoxdur, adbaad deyə bilməyəcəyəm. Hamısına təşəkkür edirəm. 87 yaşıma “Tənha çinarın nağılı” adlı yazımı həsr etmişəm. Yazının əks-sədası başqa yerlərdən də gəldi. “Tənha çinarın nağılı”nda həyatımın bir neçə parçası var. Sezar pizza

Arzum nədir? Kitablarım çap olunsun. İlin əvvəlində Gürcüstanda 3 əsərdən ibarət qalın bir kitabım çıxdı. Ötən ayın sonlarında 1960-cı illərdə yazdığım “Adamlar və ağaclar” trilogiyası Amerikada nəşr olunub. Yazıçını yaşadan bunlardır.  Başqa nə yaşada bilir?!

Deyirlər ki, hər kim 100 il yaşamasa, günah onun özündədir. Belə primitiv sözlərlə işim yoxdur, boş şeydir. Nə qədər yaşamaq adamın əlində deyil. Bu, Allahın işidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!