Əkrəm Əylisli illər sonra ilk dəfə ictimaiyyət qarşısında

Əkrəm Əylisli illər sonra ilk dəfə ictimaiyyət qarşısında

Yazar Saytların hazırlanması

29 Sentyabr 2022 12:48 4377


Əl Oyunları İdman Sarayında keçirilən V Milli Kitab Sərgisi davam edir. 

 “Yeni Sabah” xəbər verir ki, hazırda kitab sərgisində “Daş Yuxular” əsəri ilə ictimaiyyətin qınağına tuş gələn qocaman yazıçı Əkrəm Əylisli ilə görüş keçirilir. 

Müxbirimizin verdiyi məlumata görə, yazıçının kitablarını almaq üçün məkana oxucular təşrif buyurub.  Sosial şəbəkələrdə bu görüşlə bağlı etirazlar olsa da, kitab alan və görüşdə iştirak edən oxucuların əksəriyyəti Əkrəm Əylisli ilə isti davranır və onunla şəkli çəkdirir. 

Xatırladaq ki, Əkrəm Əylisli 2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşib. Hətta onun təltifləri ləğv olunub, kitabları nümayişkaranə şəkildə yandırılıb. Həmin vaxtdan yazıçı demək olar ki, ictimai tədbirlərdə iştirak etməyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!