Əkrəm Əylisli səhhətindən danışdı:   “Kim nə uydurur, özü bilər“

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm Əylisli səhhətindən danışdı: “Kim nə uydurur, özü bilər“

Yazar

19 İyun 2021 10:44 3992


Yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yarandığı və vəziyyətinin ağırlaşdığına dair məlumat yayılıb. Onun yeriməkdə və danışmaqda çətinlik çəkdiyi vurğulanıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-ın telefon zəngini çox gümrah səslə cavablandıran yazıçı hər şeyin qaydasında olduğunu deyib:

"Mən yaxşıyam, kim nə yazır, nə uydurur, özü bilər. Mən əminəm ki, bu, bəzi jurnalistlərin təxəyyülünün məhsuludur". pizza hut

Əlavə deyəcək sözü olmadığını bildirən Ə. Əylisli bununla belə, hər kəsə can sağlığı arzulayıb.

Qeyd edək ki,1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olan Əkrəm Nəcəf oğlu Naibov-Əylisli uzunmüddətli fəaliyyətinə görə Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Erməni saxtakarlığına şərik olan “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Əkrəm Əylislinin heç də bu xalqın yazıçısı olmadığı bildirildi. Böyük rezonans doğuran əsərdən sonra ictimai fikri əsas götürən Prezident İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum edilib, ordenləri geri alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!