Əkrəm İmamoğlunun mitinqinə hücum oldu: Yaralılar var   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm İmamoğlunun mitinqinə hücum oldu: Yaralılar var - Fotolar

Siyasət

07 May 2023 21:41 2135


Vitse-prezidentliyə namizəd, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu təxribatla üzləşib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində tərəfdarları ilə görüşən İmamoğlu naməlum şəxslərin hücumuna məruz qalıb. 

Yenisabah.az xəbər verir ki, insident Türkiyənin Ərzurum şəhərində baş verib. İmamoğlu tərəfdarları qarşısında çıxış edərkən bir qrup şəxs mitinq iştirakçılarına hücum edib. Türkiyə KİV-lərinin yazdığına görə, şəxsiyyəti bəlli olmayan adamlar aksiya iştiraklçılarına daş atıb, onlara xəsarət yetiriblər. Hücum nəticəsində bir neçə nəfər yaralanıb. İnsidentin böyüdüyünü görən Əkrəm İmamoğlu mitinqi yarımçıq qoyub. O, partiyasına məxsus avtobusla hadisə yerindən uzaqlaşıb. 

Polisin müdaxiləsindən sonra hücum edən qrupu  sakitləşdirmək mümkün olub.  pizza sifarişi

Əkrəm İmamoğlu baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!