"Türkiyədə baş verənlər böyük fəlakətdir. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. İnanmıram ki, kimsə bu cür zəlzələni təşkil edə bilsin. Bu, mənim üçün təbii hadisədir, fəlakətdir".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O əlavə edib: "Zəzələ təşkil edə biləcək qədər yüksək səviyyədə imkanların olduğuna inanmıram. 7,8 bal gücündə olmasa da, Türkiyənin hazırda zəlzələ baş verən ərazilərində əvvəllər də tez-tez zəlzələlər olub…” pizza sifarişi
Türkiyədə baş verən zəlzələnin prezident və parlament seçkiləri ərəfəsində bir sıra dövlətlər tərəfindən qəsdən süni şəkildə yaradılması barədə səslənən fikirlərə münasibət bildirərkən E. Məmmədyarov deyib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dedi ki, Kahramanmaraş zəlzələsi son bir əsrdə yaşanan 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük zəlzələdir. Yəni heç kim sual altına qoymur ki, bu zəlzələni kimsə təşkil edib. Mən də buna inanmıram”.
Telegram kanalımız