Eks-prezidentin müşaviri üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezidentin müşaviri üzr istədi

Dünya

20 May 2022 14:33 889


Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin milli təhlükəsizlik müşaviri Həmdullah Moheb hökumətin süqutunda oynadığı rola görə üzr istəyib.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, o deyib:

"Mən baş verən hər hansı uğursuzluğa görə bütün məsuliyyəti öz üzərimə götürürəm və buna görə üzr istəyirəm. Ümid edirəm ki, məsuliyyəti olan hər kəs gəlib izahat verəcək". pizza sifarişi

Eks-müşavir deyib ki, getməkdən başqa seçimləri olmayıb.

Xatırladaq ki, Həmdullah Moheb 15 avqust 2021-ci il, Kabilin süqutu günü Əfqanıstan prezidenti ilə birlikdə vertolyotla Əfqanıstandan qaçıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!