Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb.
Yenisabah.az “Joğovurd”a istinadla xəbər verir ki, əməliyyatçılar əvvəllər prokurora məxsus olan, sonra isə vəsiyyətnaməyə uyğun olaraq qızına verilən mənzildən qızıl külçələri tapıblar.
Həmin qızıllar artıq Ermənistan Mərkəzi Bankındadır. Marqarita pizza
Ev sahibəsi uzun müddət ölkədə olmayıb və evi təmizləmək üçün mütəxəssislər işə götürüb. Məhz onlar qızılı aşkar ediblər.
İndi istintaq prokurorun bu qədər qızılı haradan əldə etdiyini, həmin qızılın hansı hissəsinin ona məxsus olduğunu aydınlaşdırmağa çalışırlar.
Telegram kanalımız