Əksər bölgələrdə güclü külək əsir, yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Əksər bölgələrdə güclü külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Sosial

23 Yanvar 2025 17:03 240


Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Gəncə, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Goranboy, Göyçay, Kürdəmir, Sabirabadda arabir yağış, Altıağacda isə qar yağır.

Cənub-şərq küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Altıağacda 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 18 m/s, Xaltan və Kəlbəcərdə 17 m/s-yə çatıb. pizza sifarişi

Naftalan, Daşkəsən, Şəki, Qax, Şəmkir, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 9 , Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!