Ekskavator sürücüsünün axtarışlarına əlavə qüvvələr cəlb olunub

saytların hazırlanması

Evə çatdırılma

Ekskavator sürücüsünün axtarışlarına əlavə qüvvələr cəlb olunub

Kriminal

09 Fevral 2019 00:21 1109


Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücünün axtarışlarına əlavə qüvvələr cəlb olunub.

Fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımovun suya düşdüyü və ya çayın sahilindən qopan torpaq layının altında qaldığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V.Qasımovun itkin düşdüyü ərazidəki su hövzəsində axtarışlar həyata keçirir. Dominos pizza

Axtarışların sürətləndirilməsi üçün su hövzəsinin nasoslar vasitəsilə boşaldılmasına başlanılıb.

Vüqar Qasımov ailəlidir, üç övladı var.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!