Nəqliyyat eksperti Ərşad Hüseynov avtobus sürücülərinə dair tələblərlə bağlı yanlış anlaşılam məsələyə aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşıb. Bildirib ki, Bakıda avtobus sürücülərinə dair tələblərlə bağlı NK qərarının bir müddəası neçə gündür ki, yanlış anlaşılaraq yayılmaqdadır:
“Söhbət avtobus sürücüsünün stajı ilə bağlı müddəadan gedir. Yanlışlıq odur ki, guya, avtobus sürücüsü işinə qəbul üçün 2 (və ya 3) il staj lazımdır. Amma belə deyil. pizza sifarişi
Ümumiyyətlə, yeni təsdiq edilən sənəddə sürücü işləmək üçün heç bir yeni tələb yoxdur. Orada avtobus və taksi sürücülərinə aid tələblər indiyədək Yol hərəkəti haqqında və Avtomobil nəqliyyatı haqqında qanunlarda olduğu kimi təkrarlanır. Tələb belədir ki, şəxsin D, DE kateqoriyalı, yaxud D1 və D1E altkateqoriyalı vəsiqəsi varsa, o, hər hansı staji olmadan (yəni praktiki olaraq belə vəsiqəni aldığı gündən) avtobus sürücüsü kimi işə qəbul oluna bilər.
2 illik staj taksi sürücüsü üçün tələb olunur ki, bu da başadüşüləndir. Çünki yenicə B kateqoriyası alan və ömründə avtomobil sürməyən şəxsin taksi sürücüsü olması məqsədəuyğun deyil”.
Telegram kanalımız