Ekspert meşələrlə bağlı qərarı tənqid etdi - “Juliklərin, banditlərin əsridir”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert meşələrlə bağlı qərarı tənqid etdi - “Juliklərin, banditlərin əsridir”

Sosial

06 Fevral 2019 16:37 1611


“Əvvəllər cır meyvələri meşədən camaat yığırdı. Onların qarşısında heç kəs qadağa qoymamışdı. Nə qanun var idi, nə bir şey. İndi 21-ci əsrdir, juliklərin, banditlərin əsridir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ekoloq Telman Zeynalov deyib.

Onun sözlərinə görə, cərimələr ona görə artır ki, dərmanların qiymətləri dünya bazarında qalxır:  “Cürbəcür qanunlar, qərarlar icad edib yayırlar ki, təbiətdə olan bütün nemətləri əllərinə keçirsinlər. Meşənin qırağında dağlarda yaşayırlarsa, orda dərman bitkiləri varsa, dədə-babadan  keçib ki, təbii dərmanlarla özünü müalicə edə bilərsən. Bunları bilirlər deyə  qadağa qoyurlar. Kim qadağa qoya bilər? Təbiət onların deyil ki! Bütün millətindir. Bu çox sərt addımdır. Bunu yaradanlar da biznesmenlərdir. Cəriməni ona görə artırıblar ki, həmin dərmanların qiyməti dünya bazarında qalxır. Bilirlər ki, alıcılar buna milyon, milyardlarla pul verirlərsə, demək qiymətlər  avtomatik qalxır”. pizza mizza

Ekoloq bildirib ki, bu məhsulları camaatdan alanda qiymətini qaldırmaq yaxşı olardı:

“Onda camaat ailəsini dolandırmaq üçün mütləq yığıb hökumətə təhvil verəcək. Bunu etməli idilər, amma dolayı yolla başqa cür yaxınlaşıblar ki, cərimələndirək. Bəs onu kim yığacaq?

Əgər belə edirlərsə, demək biznesmenlər öz dəstələrini yaradıb meyvələri yığdıracaqlar və ölkə xaricinə çıxaracaqlar. Mənə elə gəlir ki, hər hansı şəxs, ailə o zonada yaşayırsa, onlar bununla dolanırlarsa, onların qarşısında çəpər qoymağa ehtiyac yoxdur. Əgər istəyirlərsə onlar yığıb cürbəcür yolla camaata satıb pul qazansınlar onda əhalinin yığdığı otları, meyvələrin qiymələrini qaldırsınlar və onlardan alsınlar. İnsanlar da bilsin ki, bununla ailəsini dolandıra biləcək. Demək, bu onlara sərf etmir. İstəyirlər həmin ərazilərdə yaşayanları acından öldürsünlər. Dünyada belə bir  tendensiya gedir:  qızıl, milyardı saxlamaq, qalan hamısı məhv olub getməlidir. Hətta bizim biznesmenlər də ona gedirlər, milləti qırmağa hazırdırlar”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!