Ekspert qiymət artımından danışdı: “Məmur biznesinin kökü kəsilməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert qiymət artımından danışdı: “Məmur biznesinin kökü kəsilməlidir”

İqtisadiyyat

27 Fevral 2019 16:33 1259


“Son verilən qərarlar hələ tədbiq edilməyib, hələ camaat artan maaşları, müavinatları almayıb, amma qiymətlərin yüksəlməsi artıq başlayıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki,  qiymət artımının bir çox səbəbləri var: 

“Maaş və müavinatların artması psixoloji təsirlər yaradıb, gözləntilər fonunda qiymətlərdə artım baş verir. Ənənəvi inhisarçılıq qiymətlərin artımına səbəb olur. Hökumətin rəsmiləri həmişə bizə cavab verərkən deyirlər ki, ölkədə inhisarçılıq yoxdur, sanki inhisarçılar giriş qapılarına, "burada monopolistlər var", deyə yazı yazmalıdırlar. Deputatlar, məmurlar arqument kimi deyirlər ki, ölkədə onminlərlə ticarət nöqtəsi var, bu da inhisarçılığın olmadığını göstərir. İçiboş və mənasız söhbətdir - həmin onminlərlə ticarət obyektlətinə mal paylayan, xaricdən mal gətirən, burda qablaşdıran cəmi bir neçə, çox zaman da müxtəlif adlarla, amma eyni çevrəyə məxsus şirkətlər var.  Dominos pizza

Yəni, söhbət pərakəndə satışdan deyil də, ölkəyə mal gətirən və xaricdən xammal alıb burda yerli istehsal adı ilə qablaşdıran inhisarçılardan gedir. Daha bir səbəb odur ki, vergi və gömrük sahəsi şəffaflaşıb deyə qiymətlər artıb. Vergiyə, gömrüyə ödənilən pul sonda qiymətin üzərinə gəlir, rüsum və vergi artımının son ödəyicidi həmişə alıcı-vətəndaşdır”.

İqtisadçı qeyd edib ki, maaş və müvinatların artımı yaxşı addımdır:

“Hələ azdır, hökumət iki kəskin devalvasiyadan vətəndaşa dəyən ziyanı tam ödəməyib. Bəs yaxşı maaş və müavinatların artımı inflyasiyanı sürətləndirməlidirmi? Normal sistem olsa, yox, ciddi basqı yaratmamalıdır, Çünki cəmi 1 mlrd. manata yaxın əlavə pul kütləsi bazara girəcək, ticarət dövriyyəsi ildə 30 mlrd. manatdan çox olan məmləkətdə bu ciddi təsir yaratmamalıdır, amma inhisarçılıq və rəqabətsizlik qiymətləri yuxarı çəkir. Hökumət daha ciddi islahatlara getməli, bazarı açmalı, ÜTT-yə üzv olmalı, rəqabətli mühit yaratmalıdır ki, maaş və müavinat artımı inflyasiya basqısı yaratmasın. Bunu etmək üçün isə məmur biznesinin kökü kəsilməli, iri inisarçıların arxasında duran məmurlar iqtisadiyyatdan qovulmalıdırlar.  Hələ ki, bu addımı atmağa hökumətin siyasi iradəsi görünmür, deməli qiymətlər artmaqda davam edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!