“Dünən rayonlarda yerləşən orta məktəblərdə vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb. Mənə görə, hazırkı test və müsahibə mərhələsi ilə direktor təyinatı keyfiyyətli yol deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, daha prespektivli, təhsilin inkişafına təkan verəcək şəxslərin seçilməsi tam şəkildə bu yolla mümkün deyil:
“Amma biz hələ prosesin şəffaflıq hissəsindəyik. Yəni keyfiyyət hissəsinə 2578-ci ildə keçə bilərik. İndi çalışılan odur ki, İcra hakimiyyətlərinin, Rayon Təhsil şöbələrinin, dayıların, əmilərin tapşırdığı, pulunun aldığı, pulunu verdiyi adamlar seçilməsin. Bu hissəsi əladır. Amma bu şəffaf seçim həm də o deməkdir ki, müsbət cavab alanların hamısı gedib vicdanla işləyəcək. Yoxsa müsahibə mərhələsində sual verilir ki, niyə direktor olmaq istəyirsən, hamı da durub utopiya danışır. Amma fəaliyyətdə onu görmək olmur. Hamısı müsahibə mərhələsində özünü “Robin Qud” hesab edir. Amma çoxusu gedib “Brutus” olur. Sezar pizza
Yəni təyin olunandan sonra gedib özünüzü məktəbdə kral, sultan elan etməyin. Çünki məşhur türk "mütəfəkkir"i Sibel Can demiş “Bu devirde kimse sultan deyil, hükümdar deyil, padişah deyil”. Tarixdə kralların, sultanların başına gələnləri də bilirsiniz”.
Ekspert yeni təyin olunan direktorlara məsləhət də verib:
“Gedib X, XI sinif şagirdlərindən hazırlığa getdiklərinə görə aylıq, illik pul alıb dərsə gəlməmələrinə göz yummayın, şagirdlərdən illik, rüblik qiymətlərinin qəbul imtahanlarına təsir göstərəcəyini bəhanə edib onlardan pul alıb qiymətini artırmayın. Laborantın, katibənin, xadimələrin, dalandarın maaş kartını cibinizdə gəzdirməyin. Çalışacağınız kollektivlə ədavət yaratmayın, məhkəmə mübahisələrinə qədər getməyin. Özünüzün, övladınızın, atanızın, babanızın, qohum-əqrəbalarınızın ad günləri, yubileyləri, yas mərasimləri münasibəti ilə pul yığmayın.
Əgər direktorluq 1 illik təlim, sonra direktor müşaviri, sonra sınaq müddətinə təyinat, onun ardınca təyinat yolu ilə olsa idi, sizlər neqativlərin idarə olunması, problemli situasiyadan çıxış bacarıqlarına sahib olardınız.
Gedin vicdanla işləyin, nümunə olun. Yoxsa Təhsil Nazirliyinin informasiya şöbəsi sizi vacib iclas adı ilə yığıb kiminsə üstünə cumduranda, buna getməyin. Siz yaxşı işləsəniz, heç kimdən qorxub çəkinməyinizə ehtiyac yoxdur. Və ya sosial şəbəkələrdə kiminsə üstünə cumduğunuza görə, sizə mükafat verilməyəcək. Ola bilər ki, siz Təhsil Nazirliyinin xoşuna gəlmək üçün, vəzifədə qalmaq üçün bunu edirsiniz, amma son 6 ildə ölkə təhsili 3 nazir və komandasını dəyişib. İşinizlə nüfuz, etibar və etimad qazanın.
İnanın ki, Təhsil Naziri də sizin gedib vicdanla işləməyinizi istəyir. Yoxsa daha nazirin şəklini profil şəkliniz edib, 3-4 dənə “Facebook”da nazirdən sitat gətirməklə, nazirin şəklini, fikirlərini, Facebook səhifəsini paylaşmaqla xidmət etməyin. Nə təhsilin, nə də təhsil nazirinin buna ehtiyacı yoxdur. Onun sizin keyfiyyətli işinizə ehtiyacı var ki, yekunda təhsilin inkişafı, görülən işlər ilə bağlı hesabat versin”.
Telegram kanalımız