“Putin dünən fərman verdi ki, Ukraynanın şərqində qurduğu qondarma "respublikalarda" yaşayan əhaliyə sürətlə Rusiya pasportu paylansın. Abxaziya və Cənubi Osetiyada etdiyini indi Ukraynada təkrarlayır, Donbasın işğalına hazırlaşır”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, əgər ABŞ Venesuelaya birbaşa hərbi müdaxilə etsə, Rusiya açlq şəkildə Donbasa qoşun yeridib işğal edəcək və sonra bunu referendumla rəsmiləşdirəcək.
“Bəzi məlumatlara görə bizim şimal rayonlarımızda da Rusiya əhaliyə öz pasportunu paylayır. Əlaqədar dövlət qurumları bu məsələni ciddi yoxlamalı, bizdə ikili vətəndaşlığın qadağan olunduğunu əsas gətirərək Rusiya pasportu alanları müəyyən edib onları seçim qarşısında qoymalıdlrlar - ya Rusiya vətəndaşlığlndan imtina edirlər, ya da Azərbaycanda Miqrasiya qaydalarına uyğun qeydiyyatdan keçib yaşaylrlar. Pepperoni pizza
Bu çox ciddi məsələdir, tezliklə həll olunmalıdır, ölkə üçün, dövlətçilik üçün böyük təhdiddir, Anadolu türkləri demiş, bir beka məsələsidir.
At izinin it izinə qarışdığı indiki dünyada hər bir provokasiyaya hazır olmalıyıq. Şimal qonşumuz küncə sıxıldıqca ətrafına daha aqressiv şəkildə saldıracaq”.
Telegram kanalımız