“Elçibəy Ayətullah Musəvi Ərdibili ilə kobud davrandı” – Ameli yenə danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Elçibəy Ayətullah Musəvi Ərdibili ilə kobud davrandı” – Ameli yenə danışdı

Siyasət

08 Oktyabr 2021 15:39 28571


Ərdəbil vilayətinin imam-cüməsi Seyyid Həsən Ameli yenidən Azərbaycanla bağlı çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Ameli bu dəfə də Cümə namazı xütbəsində Ameli Cənubi Qafqazda baş verən son hadisələrə toxunub. O, İranın 11 hərbi müşavirinin Qarabağda şəhid olduğunu iddia edib: “Birinci Qarabağ müharibəsində İran Azərbaycana yardım edib. Ölkəmizin Ermənistanı silahla təchiz etməsinə dair bəzi iddialar saxtadır". 

O qeyd edib ki, Azərbaycan və Türkiyə digər ölkələrin sərhədlərdə odla oynamamalıdır. İran və Azərbaycan Respublikası arasındakı son gərgiliyə diqqət çəkdirən Ameli vurğulayıb: "Quranın bircə ayəsini tətbiq etməklə İran və Azərbaycan Respublikası arasındakı bütün problemləri həll etmək mümkündür: "O, sənə bir yaxşılıq etdi, sən də əvəzini ver". Dağlıq Qarabağın işğalı zamanı İran Azərbaycanın yanında idi və Azərbaycanı hər cür dəstək verib". Dominos pizza

Ayətullah Ameli əlavə edib: "Haqqı müdafiə etmək, Quran hökmlərinə və qonşu haqqına riayət etmək bizdən Azərbaycan Respublikasına dəstək və müdafiə etməyi tələb edir. Dağlıq Qarabağdakı ilk müharibədə İranın yardımı, əlbəttə, 100 minlərlə insanın həyatını xilas etdi. İranın 11 hərbi müşaviri Qarabağda şəhid olub. Ayətullah Musəvi Ərdəbili Əbülfəz Elçibəyin prezidentliyinin başlanğıcında Bakıya getdi və ona ən yaxşı təkliflər çatdırdı, amma o qəbul etmədi və Ayətullah Musəvi Ərdibili ilə kobud davrandı. Kamal Xərrazi də keçən həftə verdiyi müsahibədə deyib ki: "O zaman Heydər Əliyevə Azərbaycan ordusunu gücləndirmək və Dağlıq Qarabağı asanlıqla azad etmək üçün maddi-texniki və təlim yardımı göstərməyi təklif etmişdik..."

Həsən Ameli İranın Azərbaycan Respublikasına son müharibədə də yüksək səviyyədə kömək etdiyini iddia edib.  İlk Qarabağ müharibəsi zamanı İranın yaxşı iqtisadi vəziyyətdə olmadığını deyən Ərdəbil imam-cüməsi bildirib: "Qarabağın işğalı zamanı Azərbaycanı o qədər müdafiə etdim ki, Azərbaycan səfiri Ərdəbilə gəldi və Azərbaycan Prezidentinin Bakıda "Heydər" məscidində minbərə çıxmam üçün şəxsi dəvəti barədə mənə məlumat verdi. 

25 il ərzində Azərbaycana Naxçıvana gediş-gəliş marşrut təmin edib, lakin qoşqularımızın bir neçə kilometr keçməyə icazə vermədilər. İranlı sürücülərdən rüsum alıb 2 sürücünü də həbs etdilər.

Azərbaycan Prezidenti İrandan Ermənistana heç bir silah göndərilmədiyini rəsmən elan edəndə, bu ölkənin rəsmi mətbuatının bütün diqqətlə və davamlı olaraq "İran Ermənistana silah göndərir" yazması bizim üçün çox ağırdır". Ayətullah Ameli əlavə edib: "Son söz budur ki, Ali Rəhbərin (Ayətullah Xamnəi - red.) Azərbaycanla bağlı fikri səhvən Azərbaycanda təhdid sayılıb, halbuki o sözlərdə heç bir təhlükə yoxdur".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!