Türkiyənin On Doqquz May Universitetində (OMÜ) “Mübarizədən azadlığa Azərbaycan Cümhuriyyətinin qurulması və Əbülfəz Elçibəy” adlı konfrans keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Bütöv Azərbaycan Birlik Dərnəyinin başçısı, eyni zamanda Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Azərbaycanın azadlıq mübarizəsindən və Elçibəyin bu yoldakı rolundan danışıb:
“Əbülfəz Elçibəy Azərbaycan dövlətinin birliyi üçün mübarizə aparan və türk birliyinə dəstək verən dəyərli insandır. O, dünyanın super iki gücündən biri olan SSRİ-yə qarşı əlində az sayda silahı və ordusu olmasına baxmayaraq, mübarizə aparmaq cəsarətini bütün dünyaya göstərib”. Dominos pizza
Aqil Səmədbəyli Elçibəyin universitet zamanlarından etibarən idialları uğurunda fəaliyyətə başladığını, bütün əngəllərə rəğmən yolundan dönmədiyini bildirib: “Qısa bir zamanda təşkilatlanan Elçibəy KQB-nin diqqətindən qaçmadı. O, antisovet və Türk milliyətçiliyi təbliğatına görə həbs edildi. 1978-ci ildə isə şərti olaraq azad olundu”.
A.Səmədbəyli Azərbaycan dövlətinin qurulmasından və Elçibəyin Türk Birliyi yaratmaq uğurunda mübarizəsindən də söz açıb:
“Elçibəy qurtuluş üçün tək çarə olaraq görülən Azərbaycan Xalq Cəbhəsi Partiyasını quraraq fəaliyyətinə davam etdi. Lakin bu vəziyyətdən narahat olan Moskva Bakıda qətliam törətdi. İstəyinə nail ola bilməyən Moskva əksinə Azərbaycan xalqının qüvvətlənməsinə səbəb oldu. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra, Azərbaycan 18 oktyabr 1991-ci ildə azadlığını rəsmi olaraq elan etdi. 1992-ci ildə ölkənin ikinci prezidenti olaraq vəzifəyə başlayan Elçibəy sıfırdan dövlət qurdu. Azərbaycanın qısa bir müddət içində böyüməsi və azadlıq qazanması xüsusilə, Elçibəyin Türk Birliyi yaratmaq yolundakı cəsarətli addımları işğalçı dövlətlərin xoşuna getmirdi və buna əngəl olmağa çalışırdılar”.
O, Elçibəyin ömür boyu Türk dünyasının birliyi və qardaşlığı üçün əlindən gələni etdiyini bildirib. Dünyadakı sülhün və demokratiyanın ancaq Türk birliyi sayəsində olacağını deyən Aqil Səmədbəyli sözlərini “Ne mutlu türküm diyene” şəkilində bitirib.
Naibə Məmmədova
Telegram kanalımız