“Elçibəyi prezident olmağa heç kim məcbur etməyib” –   Fəzail Ağamalının iddiasına cavab

saytların hazırlanması

Evə çatdırılma

“Elçibəyi prezident olmağa heç kim məcbur etməyib” – Fəzail Ağamalının iddiasına cavab

Siyasət

22 Avqust 2019 14:32 1307


“Əbülfəz Elçibəy  Azərbaycan Xalq Cəbhəsinin (AXC) maraqlarını nəzərə alaraq prezidentliyə namizədliyini irəli sürdü. Bu, onun əhatəsindəkilərin təhriki ilə baş verməyib”. 

Bu sözləri “Yeni Sabah”a vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin yaxın ətrafına daxil olan deputat Fazil Mustafa deyib.

Qeyd edək ki, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında  bildirib ki, prezidentlik missiyası Əbülfəz Elçibəyin şəxsi istəyi olmayıb. “Həmin dövrdə Elçibəyin əhatəsindəkilər məcbur etdilər ki, o prezident seçkilərində iştirak etsin”, -deyə AVP sədri vurğulayıb. pizza mizza

Fazil Mustafanın sözlərinə görə isə 1992-ci ilin aprel ayında bu məsələ ilə bağlı AXC Ali Məclisinin iclası keçirilib: “Həmin vaxt mən Əbülfəz Elçibəyin müşaviri idim. İclasda çıxış edərək bildirdim ki, prezidentliyə namizəd Əbülfəz Elçibəy yox, başqa bir şəxs olsun. Əbülfəz Elçibəyin özü də namizəd olmaq istəmirdi. 

Lakin müzakirələr zamanı belə fikirlər səslədi ki, başqa şəxs namizəd olacağı təqdirdə seçki uduzula bilər. Sonda qərara alındı ki, namizəd Əbülfəz Elçibəy olsun. Burada hər hansı məcburiyyətdən söhbət getmir”.

Yenisabah.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!