Elçin Cəfərov: “Avtomobilim satıb kliplərimə xərclədim”

saytların hazırlanması

Evə çatdırılma

Elçin Cəfərov: “Avtomobilim satıb kliplərimə xərclədim”

Şou

10 Aprel 2026 09:58 318


“Avtomobilimi satdım, yaradıcılığıma xərclədim. Mahnılarıma, kliplərimə sərf etdim”.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Elçin Cəfərov “Çərçivədən kənar” verilişində deyib.

Onun sözlərinə görə, Xalq artisti Aygün Kazımova da sənəti üçün hər şey edib: Marqarita pizza

“Evini satıb pulu öz sənətinə yatırtmaq, sənətini sevmək və çox düzgün addımdır. Ailəvi evdə oturub söhbət edəndə dedim ki, konsert vermək istəyirəm. Dedilər, bəlkə özünə bir bağ qurasan, ondan sonra? Dedim yox, sənətim, işim budur, mən ondan zövq alacam.

Konsertimə qədər kirayə bağ götürmüşəm, orada yaşayıram, məşqləri edirəm. Bunu etmək olur, ancaq o konsertin enerjisi, arzu etdiyin bir məkanda olmaq hər şeydən önəmlidir. İstər konsertimdə 10 nəfər olsun, mən onlar üçün oxuyacam. Çünki arzumdur və mən onu gerçəkləşdirirəm, həmçinin insanlar vaxtlarından, pullarından keçəcəklər və məni dinləməyə gələcəklər. Qızıl vaxtlarını mənə sərf edəcəklər, mən də onlar üçün ürəyimdən gələn mahnıları ifa etməliyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!