Elçin Quliyev Zəhra ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyev Zəhra ilə görüşdü

İdman

26 Fevral 2019 01:42 2311


2019-cu il fevral ayının 08-10 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə "Master Cup" beynəlxalq turnirində böyük qələbələr qazanmış "Sərhədçi" idman-olimpiya mərkəzinin idmançıları 25 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

“Yeni Sabah” xəbər verir ki, idmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə təltifləndirilməsinin Azərbaycan dövlətinin gənc idmançıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olmasını xüsusi vurğulayıb.

"Sərhədçi" idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mirzəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstərməsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş karate üzrə sonuncu "Master Cup" turnirində ölkəmizi təmsil edən "Sərhədçi" idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qazanmasını, komandamızın ümumi hesabda 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənistandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə edib. Dördpendirli pizza

Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina etməsinin bildirilməsinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!