Elçin Sadıqovu hədələyən şəxs həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Elçin Sadıqovu hədələyən şəxs həbs edildi 

Kriminal

05 İyun 2024 09:47 419


Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb. 

Vəkilin sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.  pizza sifarişi

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib. 

Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!