Elçindən geriyə qalanlar: Biri səfir, o biri deputat...

saytların hazırlanması

Evə çatdırılma

Elçindən geriyə qalanlar: Biri səfir, o biri deputat...

Mədəniyyət

04 Avqust 2025 12:13 61225


Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimi keçirilib.

Elçindən geriyə nələr qaldığını çoxumuz bilirik - ədəbi irsi, qiymətli əsərləri, Azərbaycan nəsrində silinməz izi. Bəs, Elçindən geriyə kimlər qaldı?

Xalq yazıçısının iki qızı var: Günay Əfəndiyeva və Humay Əfəndiyeva. pizza mizza

Günay Əfəndiyeva kimdir?

Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində, görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olub.

O, 1991-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla, 1997-ci ildə isə Azərbaycan Tibb Universitetini həkimlik ixtisası üzrə qırmızı diplomla bitirib. Daha sonra Respublika Diaqnostika Mərkəzində funksional diaqnostika üzrə internatura keçib.

2009–2015-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasında müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) qərarına əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin edilib və 2023-cü ilin noyabrına qədər bu vəzifəni icra edib.

6 oktyabr 2015-ci ildə Prezident sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.

2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 14 saylı Xəzər–Pirallahı seçki dairəsindən Bitərəf namizəd kimi qalib gələrək Milli Məclisin VII çağırış deputatı seçilib. Hazırda Mədəniyyət komitəsinin sədr müavini və Səhiyyə komitəsinin üzvüdür. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının və bir çox ölkələrlə parlamentlərarası işçi qrupların üzvüdür.

Humay Əfəndiyeva kimdir?

Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci ildə Bakı şəhərində doğulub.

1992-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini (əyani), eyni zamanda Qərb Universitetinin Sosial-siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirib.

1997–2000-ci illərdə BMT-nin İnkişaf Proqramının “Gender İnkişafda” layihəsində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışıb.

2001–2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında müxtəlif vəzifələrdə – sədr müavininin köməkçisi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2018-ci ildə Prezident sərəncamı ilə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi alıb.

1 fevral 2021-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Hazırda bu vəzifəni icra edir.

2022-ci ildən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının üzvüdür.

2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

Xalq yazıçısı Elçin ədəbi irsi  Azərbaycan mədəniyyətində və ictimai həyatında silinməz izlər buraxıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ATA HESABINA " yüksəlnləri " XALQ sevmir.
    9 months ago
  • Haller
    ...vezifelerde yalniz onlar, onlarin onlari, onlarin onlarinin onlari...esas odur ki, "o" isi yaxsi bacarasan...onlar da bunu elbette ela bacarirlar, irsidir bele seyler...nece deyerler qanlarinda var!!!
    9 months ago