Eldar Əzizov da xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi

Eldar Əzizov da xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib.

Eldar Əzizov əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına park haqqında məlumat verib.

Sonra Eldar Əzizov Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna gəlib. Eldar Əzizov qeyd edib ki, dövlətimizin başçısının birbaşa göstərişi ilə Milli Qəhrəmanın müalicəsi nəzarət altında saxlanılır. Azərbaycan dövləti hər zaman Milli qəhrəmanlarımıza, şəhid ailələrinə, Vətən uğrunda döyüşən hər bir vətəndaşına xüsusi qayğı ilə yanaşır, yardım edir.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!