Eldar Əzizov “Tarqovı”da yolu bağlayan restoranda olub

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov “Tarqovı”da yolu bağlayan restoranda olub

Sosial

14 Fevral 2019 15:18 1955


Bakının ən hərəkətli küçəsi olan “Tarqovı”nın tam mərkəzində fəaliyyət göstərən "PASSAGE 145" restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı xəbər mediada yayımlanandan sonra Bakı şəhər İcra Hakimiyyəti problemi həll edib. 

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet”dən alıblar” şəklində cavab verilib. 

İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə problemlə bağlı ərazidə olub və sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib. Hazırda restoranın küçəyə düzülmüş stol və stulları yığışdırılıb və küçədə hərəkət bərpa olunub. Marqarita pizza

7NEWS.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!