Eldar Əzizov yeni müdir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov yeni müdir təyin etdi

Siyasət

25 Yanvar 2019 00:47 1174


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurumda struktur islahatlarını davam etdirir.

Bakı merinin növbəti addımlarından biri İcra Hakimiyyətinin bir neçə şöbəsini birləşdirmək və ora yeni rəhbər təyin etmək olub. Belə ki, bu vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsini tutan Zaur Ramazanov işdən çıxarılıb və bu şöbə yeni formatda təşkil olunub.

Eldar Əzizov meriyanın bir neçə qurumunu birləşdirərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctima-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsini yaradıb. Elmin İmanov bu şöbəyə müdir təyin edilib.

Təsadüfi deyil ki, bu gün Milli Şuranın mitinq iştirakçılarına cavab məktubu məhz yeni şöbə müdirinin imzası ilə göndərilib.

 Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!