Eldar Mahmudovun bacanağı da işdən çıxarıldı

Eldar Mahmudovun bacanağı da işdən çıxarıldı

Sosial Veb saytların hazırlanması

24 Yanvar 2019 16:16 909


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

Kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib. 

Xatırladaq ki, Nadir Axundov Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.

Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub. 

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!