Eldar Mahmudovun bacanağı müsabiqədən kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mahmudovun bacanağı müsabiqədən kənarlaşdırıldı

Rəqəmsal

07 Fevral 2019 17:07 1319


Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi AzTV-də yayımlanan “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.

Bu barədə  Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib. Beləliklə, 7-ci Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – xalq artisti Əlibaba Məmmədov, xalq artisti Arif Babayev, xalq artisti Səkinə İsmayılova, xalq artisti Mələkxanım Əyyubova, xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

Bundan başqa, müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək. Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir. Dördpendirli pizza

Qeyd edək ki, Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibindən Nadir Axundov kənarlaşdırılıb. 

Nadir Axundov bir neçə gün öncə “Mədəniyyət” telekanalının direktor müavini vəzifəsindən də azad edilib. 

Xatırladaq ki, Nadir Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacanağıdır.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!