Eldar Mahmudovun uşaqları məhkəmədə uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mahmudovun uşaqları məhkəmədə uduzdu

Siyasət

14 Yanvar 2022 15:16 1073


İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun uşaqlarının diffamasiya barədə iddiasını rədd edib.

Yenisabah.az virtualaz.org-a istinadla xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla beş ispan nəşrinə qarşı qaldırmışdı.

Mahmudovun uşaqları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yoluyla qazandığı vəsaitlər hesabına əldə olunub. Toyuqlu pizza

“El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da “Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr “El Periodico” nəşri ilə yanaşı “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də dərc edilmişdi. Və iddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın “The Observer” nəşri, “Finance Uncovered” və Organised Crime and Corruption Reporting Project kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Onlar Cayman National Bank-dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.

Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi.

Hesab edilir ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ruslan
    Serefsizler xalqi bele soyurlarda bu hakimiyyet hara baxir niye bunlar turmede deyiller
    4 years ago