Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? -   Rəqəmlər 

saytların hazırlanması

Evə çatdırılma

Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? - Rəqəmlər 

İqtisadiyyat

21 May 2025 16:43 3415


“Unibank”ın əsas səhmdarı Eldar Qəribovun bankdan qazancı məlum olub. 

“Yeni Sabah” xəbər verir ki, bank səhmdarlarına 2024-cü il üzrə ümumilikdə 4 milyon 65 min manat məbləğində dividend ödəyib. 

Bankın səhmlərinin 94,08%-i Eldar Qəribova aid olduğu üçün dividendin də böyük hissəsi onun payına düşüb. Belə ki, bank sahibi 2024-cü ildə 3 milyon 824 min manat dividend əldə edib. Bankın digər səhmdarlarına dividenddən cəmi 241 min manat pay düşüb.  Toyuqlu pizza

Xatırladaq ki, “Unibank” 2024-cü ili 16,6 milyon manat xalis mənfəətlə bitirib. Bu isə əvvəlki ilə nisbətən 2 dəfəyə yaxın azalma deməkdir. 2023-cü ildə bank 31,1 milyon manat xalis mənfəət açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!