“Elə bilir ki, tayfasını ətrafına yığanda vəzifədə çox qalacaq“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilir ki, tayfasını ətrafına yığanda vəzifədə çox qalacaq“ - Etiraz

Siyasət

22 Oktyabr 2021 16:24 2631


Yerlibazlıq, qohumbazlıq, dostbazlıq köhnə mərəzdir. Bu mərəzdən əziyyət çəkənlərin sayı isə getdikcə artır. Vəzifəyə təyin olunan şəxslərin öz ətrafına dost-tanışını, həmyerlilərini yığması haqlı narazılıq doğurur? 

Məmurların yerlibazlıq etməsinə səbəb nədir? Bu mərəzdən necə qurtula bilərik?

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Yenisabah.az-a açıqlamasında deyib ki, rəsmi şəxslərin bu cür mənfi tendensiyanın əsiri olması savadsızlıqdan iləri gəlir: Marqarita pizza

“Tayfabazlıq xəstəlikdir. Məmur elə bilir ki, tayfasını ətrafına yığanda mövqeyi möhkəm olacaq, vəzifədə çox qalacaq. Başa düşmür ki, əgər səni vəzifəyə təyin ediblərsə, sən özün işləməlisən, tayfanı ətrafına yığmamalısan. Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir. Bu ciddi problemdir. Və bir çox problemin yaranmasına səbəb olur. Savadlı şəxslərin, işi bacaranların yerinə bacarıqsız qohum-əqrəbanı yığmaq yoverilməzdir. Vəzifəyə təyinat müsabiqə yolu ilə olmalıdır. Ancaq adamı olanların irəli çəkilməsinə son qoyulmalıdır. Mən vəzifələrə seçim yolu ilə təyinatın tərəfdarıyam".

A.Əlizadə deyib ki, qohumbazlıq, dostbazlıq, yerlibazlıq kimi neqativ hallar inkişafı tormozlayır: "Savadsız kadrların dövlət qurumlarına gedən yolunu bağlamaq lazımdır".

Ayzel 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!